
İsveçrədə ilk dəfə koronavirusun Britaniyada aşkarlanmış yeni növünə yoluxma halı qeydə alınıb.
Bu barədə İsveçrənin İctimai Səhiyyə Nazirliyinin Federal ofisi məlumat yayıb.
Bildirilir ki, COVID-19-un yeni növü Böyük Britaniyanın bu ölkədəki iki vətəndaşında aşkarlanıb.
Qeyd edək ki, Böyük Britaniyada SARS-CoV-2 koronavirusunun yeni mutasiya etmiş növü aşkar edilib.
Britaniyanın Səhiyyə naziri Mett Xenkok dekabrın 14-də ölkədə virusun yeni növünün aşkar edilməsi haqqında rəsmi məlumat verib.