64 yaşında vəfat edən İtaliyanın millisinin keçmiş hücumçusu Paolo Rossinin evi dəfn edilərkən qarət edilib.
Cinayətkarlar keçmiş futbolçunun qol saatı da daxil olmaqla, şəxsi əşyalarını oğurlayıblar. Rossinin arvadı cənazədən qayıtdıqdan sonra əşyaların olmadığını görüb. Hadisə ilə bağlı polis araşdırma aparır.