İran parlamenti ölkəsinin Avrasiya İqtisadi Birliyi (AİB) ilə azad ticarət zonası ilə bağlı müvəqqəti anlaşmanı ratifikasiya edib.
Aznews.tv-nin verdiyi məlumata əsasən, millət vəkillərinin 74-ü qanun layihəsinin lehinə, 4-ü isə əleyhinə səs verib.
İran parlamentinin üzvü Ali-Əkbər Kərimi, bu addımın səmərəli əməkdaşlığa yol açacağını bəyan edib.
O ümid edir ki, bu addım həmçinin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qoşulmağın ilk mərhələsi olacaq.
Xatırladaq ki, ötən ilin mayın 17-i AİB və İran azad ticarət zonası ilə bağlı müvəqqəti anlaşma imzalayıblar.
Bu anlaşma, gömrük rejiminin asanlaşdırılması sayəsində iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasına yönəlib.
Aznews.tv