
Bəhreyndən ilk diplomatik heyət Mənamədən birbaşa Tel-Əvivə səfər edib. Belə ki, Bəhreynlə İsrail arasında münasibətlərin düzəlməsinə dair anlaşma imzalandıqdan sonra bu ölkənin Xarici İşlər vəziri Əbdüllətif əz-Zayaninin başçılıq etdiyi nümayəndə heyəti çərşənbə günü Təl-Əvivə yola düşüb.
Bu, sentyabrda Ağ Evdə İsraillə münasibətlərin düzəlməsinə dair anlaşma imzalandıqdan sonra Bəhreyn məqamlarının İsrailə ilk uçuşu və rəsmi səfəri sayılır.