Dünya

Amerika minlərlə Çin vətəndaşının vizasını ləğv etdi

Amerikanın Xarici İşlər Vəzirliyinin sözçüsü, çərşənbə günü mindən çox Çin vətəndaşının Amerikaya giriş vizalarının ləğv edildiyini bildirib.
Reuters xəbər verir ki, Amerikanın bu addımının hədəfi Çin ordusu ilə bağlı şəxslərin öyrənci və ya akademik kimi adlarla Amerikaya girişinin qarşısını almaqdır.
Qeyd edək ki, mey ayının 30-da Amerika prezidenti Donald Tramp çinli öyrənci və təhqiqatçıların Amerikaya girişinin məhdudlaşdırılmasına dair tapşırıq verib.
Belə ki, Amerika məqamları, Çin dövlətini Amerikada həssas elmi bilgiləri ötürmək və teknolojini oğurlamaqda günahlandırıblar.
Amerikanın Xarici İşlər Vəzirliyi bu məhdudiyyətləri juən ayının əvvəlində icra edib.

Related Articles

Bir cavab yazın

Back to top button