İran

Milli fəal Əli Əzizi Təbriz məhkəməsinə çağırılıb

Milli mədəni fəal Əli Əzizi Təbrizin keyfəri məhkəməsinə çağırılıb. Çağırış elektron sistem vasitəsilə fəala göndərilib. Bildirilib ki, fəal 1399-cu il mehrin 30-u saat 11:00-da Təbrizin 2-ci keyfəri məhkəməsinin 107-ci şöbəsində hazır olmalıdır. Sənədə əsasən, Əli Əzizi “sosial şəbəkələrdə yalan yaymaq”da ittiham edilib.

Xatırladaq ki, o, ötən həftə Səna sistemi vasitəsilə Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsinə çağırılıb. Belə ki, fəalın şəhrivərin 24-də məhkəmə cələsəsi keçiriləcək. Məlumata görə, fəal “sistem əleyhinə təbliğat və qeyri-qanuni qruplara üzv olmaq”da təqsirləndirilib.
Qeyd edək ki, Əli Əzizi 1398-ci il isfəndin 4-ü atası evində tutuqlanıb. Fəalın tutuqlandığı zaman məmurlar tutuqlanma hökmünü göstərmədən zorla evə giriblər.

Related Articles

Bir cavab yazın

Back to top button