Bir çoxlarınıın tanıdığı və sevimlisi olan Hind oyunçusu Amitabh Baççan koronavirus səbəbi ilə mərizxanaya yerləşdirilib. 77 yaşlı aktyor bu barədə “Twitter” səhifəsində paylaşım edib.
“COVID-19 testim müsbət çıxdı. Bu səbəbdən mərizxanaya yerləşdirilmişəm. Ailəm də test verib, nəticələri gözləyirik. Son 10 gündə mənim birbaşa yaxınlığımda olanlardan testdən keçmələri xahiş olunur!”, – deyə o, paylaşımında bildirib.
Amitabh Baççanın oğlu, Ayşvariya Rayın həyat yoldaşı Abhişek Baççan da “Twitter” səhifəsində koronavirusa tutulduğunu yazıb.
Xatırladaq ki, Amitabh Baççan hind film tarixinin ən nüfuzlu oyunçularındandır. O, “Filmfare Awards” ödülünün 15 dəfə qalibi olub.