
Ermənistanın baş vəziri polis və milli əmniyət servisinin rəislərini və ordu fərmandehlərini koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı məhdudiyyətlər yaratdıqlarına görə işdən azad edib.
Ermənistanın baş vəziri Nikol Paşinyan həmin məqamların işdən çıxarılmasının dəqiq səbəbini açıqlamayıb, ancaq onun bu addımı Ermənistan ordusunun Baş Qərargah rəisinin oğluna toy mərasimi təşkil etməsi ilə bağlı mətbuatda yayılan xəbərlərdən sonra atdığı deyilir. Bu mərasimin Ermənistan dövlətinin koronavirusun qarşısını almaq üçün çox sayda insanın qatıldığı mərasimlərə qadağa qoyduğu bir vaxta keçirildiyi deyilir.
Paşinyan polis və milli əmniyət servisinin rəisləri və ordu fərmandehlərini işdən çıxardığını açıqladıqdan sonra toplantıda, “Yüksək məqamlar ölkədə epidemi əleyhinə qaydalara nümunə olaraq riayət etməyin vacibliyini göstərməlidir. Ancaq biz bəzən bunun əksini müşahidə edirik”, – deyib.
Başqa tərəfdən, Ermənistan ordusunun Baş Qərargah rəisi oğluna toy mərasimi təşkil etməsinin qanun pozuntusu olmadığını bildirib.