İran

AZƏRBAYCANLI MİLLİ FƏAL HƏBSƏ GÖNDƏRİLDİ

Azərbaycanlı milli fəal Yunis Qulizadə(Araz) 91 gün həbs cəzası üçün Təbriz zindanına köçürülüb.
Xatırladaq ki, bundan öncə milli fəal Təbrizin Təcdidnəzər məhkəməsinin 1-ci şöbəsi həbsə məhkum edilib.
Məhkəmənin çıxardığı qərarda fəal “sistem əleyhinə təbliğat aparmaq” ittihamı ilə 91 gün həbsə məhkum edilib.
Xatırladaq ki, Qulizadə bundan öncə Təbrizin İnqilab dadqahının 3-cü şöbəsi 6 ay həbsə məhkum edilmişdi. Fəal iş yerində tutularaq bir gün saxlandıqdan sonra 50 milyonluq vəsiqə ilə azad edilmişdi.
Qeyd edək ki, o, 1390-ci ildə Urmu gölünün qurudulması ilə bağlı etirazlarda tutularaq muhakimə olunmuşdu.

Related Articles

Bir cavab yazın

Back to top button