Bu gün doğma televizyamız üçün özəl bir tarixdir… AN.T Media qurumunun 1 yaşı tamam olur. AN.T dünyanın müxtəlif yerlərində Azərbaycanlılara qərəzsiz şəkildə xəbər və məlumat verən müstəqil və özəl media qurumudur. 2019-ci ilin iyun ayının 1-dən etibarən işə başlayan ANT media qurumu peyk, veb sayt, sosial şəbəkələr vasitəsilə izləyicilərə dünyada baş verən ən son xəbərləri və məlumatları təqdim edir. Günün xəbərləri və siyasi məsələlər 24 saat ərzində yenilənən telekanalının əsas xəttini təşkil edir. AN.T media qurumunun Verilişləri Stokholmdan yayımlansa da, kanalın proqramlarını dünyanın müxtəlif ölkələrində yaşayan müxbir və jurnalistlərimiz hazırlayır.
Aznews TV yarandığı gündən Güney Azərbaycan Milli mücadiləsi və Azərbaycan türklərinin hüquqlarının əldə edilməsi istiqamətində əsaslı addımlar atdı…
Bu müddət ərzində yayımlanan siyasi, sosial, analitik, ədəbi, musiqili, mədəni, uşaq verilişləri Güney Azərbaycanda, eləcə də bütün dünyada yaşayan Azərbaycanlıların siyasi, mədəni və sosial inkişafına xidmət edib. Televizyamızın bir yaşı münasibəti ilə milli fəal və ANT-telvizyonun təsisçisi Saleh Kamrani də təbrik mesajı ünvanlayıb.
1 il ərzində tamaşaçılar Aznews TV-ni sözün əsl mənasında cəsarətli, mərd və dürüst tanıdılar. Bunu sosial şəbəkələrimiz vasitəsilə bizə ünvanladığınız minlərlə mesajınız deməyə imkan verir. İzləyiciyə hər daim açıq olan, onun təklif və iradlarını özünə rəhbər bilən, eləcə də qapılarını bütün söz sahiblərinin üzünə açıq saxlayan, söz azadlığını qoruyan AN.T dünyada yaşayan 50 milyonluq Azərbaycan türkünün sözünü deməyə davam edəcək.