Tramp deyib ki, Dünya Behdaşt Təşkilatı Çinin əlində oyuncağa çevrilib. Pekən 2 milyard dolar yardım vədi verib
Dünya Behdaşt Təşkilatı üzvlərinin toplantısının keçirilməsi ilə eyni vaxtda, Amerika prezidenti qurumu Çinlə əlbir olmaqda günahlandırıb. Başqa tərəfdən, Çin prezidenti Covid-19-la mübarizə hədəfilə bu təşkilata 2 milyard dolar yardım vədə verib.
Daha öncə də Dünya Behdaşt Təşkilatını kəskin intiqad edən Amerika prezidenti Donald Tramp bazar ertəsi deyib ki, Çinlə səyahət qadağası icra etməsəydi, ölkəsinin daha çox vətəndaşı həyatını itirəcəkdi. Halbuki, Dünya Behdaşt Təşkilatı bu qadağalara qarşı çıxıb.
Tramp meyın 18-də jurnalistlərə açıqlamasında bildirib: “Dünya Behdaşt Təşkilatı Çinin əlində “oyuncaq”dır. Daha gözəl bəyan etsək, onlar Çinlə eyni yöndə hərəkət edirlər”.
Dünya Behdaşt Təşkilatı öncələr bu iddiaları rədd edib. Bununla belə, bazar ertəsi avstraliyanın korona epidemisi ilə bağlı araşdırma aparması və Dünya Behdaşt Təşkilatının böhranda fəaliyyətini qiymətləndirmək önərisi 120-dən çox ölkə tərəfindən himayət edilib.