Türkiyənin Mərmərə və İstanbul TeKniki Danişqahinin mütəxəssisləri karbohidrogen yataqlarının istismarında yeni üsul tapdıqlarını bildiriblər.
Danışqahın Coğrafiya Fakültəsindən Atilla Karataş bildirib ki, Türkiyədə ənənəvi üsulla qazma-kəşfiyyat işləri çox xərc tələb etdiyinə görə karbohidrogen yataqlarının xəritəsinə uyğun olaraq həmin ərazilərdəki yeraltı suları tədqiq etməklə laylardakı neft, qaz mənbələrindən məlumat əldə etmək mümkündür.
Alim Türkiyənin 6 müxtəlif geoloji quruluşlu bölgəsindən alınan su nümunələrinin 3 fərqli laboratoriyada ciddi analiz olunduğunu və gözlənən nəticənin əldə olunduğunu bildirib.
Həmin ərazilərdə kifayət qədər neft və qaz imkanlarının olduğu öyrənilib.
Qeyd edək ki, yeraltı suların tədqiqi ilə neft-qaz yataqlarının kəşfiyyatı üsulu Azərbaycanda da tətbiq olunur.