İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif Tehranın Vaşinqtonla müharibə etmək istəmədiyini, lakin ABŞ birinci başlasa müdafiə olacağını bildirib.
Aznews.tv-nin RİA Novosti-yə istinadən veridiy məlumata əsasən, Zərif, 2003-cü ildə İraqla müharibəyə başlayanların İranla da müharibəyə başlamaq istədiklərini bildirib.
“Bu onlar üçün ölümə bərabər olacaq. Hakimiyyətdə (ABŞ prezidenti Donald Trampın hakimiyyətində) olan bəzi şəxslər müharibənin başlanması üçün səylərini əsirgəmirlər, amma bu onlar üçün ois bitəcək.
İran heç kimlə müharibə etmək istəməyib və istəmir. Lakin ABŞ İranla müharibəyə başlarsa biz var gücümüzlə öz ölkəmizi və maraqlarımızı müdafiə edəcəyik”, – deyə nazir vurğulayıb.
Aznews.tv