
İran Dövlət Telekanalı yanında Gənc Dövlət Jurnalistlər Klubunun məlumatına görə İranın Səhiyyə Nazirinin müavini Əli Riza Rəisi havanın çirklənməsinə dair açıqlamasında ölkədə hava çirkliliyinin qlobal seviyyədən 3,3 dəfə çox olduğuna diqqət çəkib.
Rəisi: “Böyük şəhərlərdə havanın çirklənməsi səbəbindən 2,5 mikrondan kiçik hissəciklər insanların ağciyərlərinə və toxumalarına nüfuz edərək müxtəlif xəstəliklərə səbəb olur. Hava çirkliliyi Paytaxt Tehran başda olmaqla ölkənin fərqli ərazilərində ildə 33 min adamın ölümünə səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə havanın çirklənməsinin İrana zərəri 30 milyard dollara çatıb.
Qeyd edək ki, Tehranda havanın çirklənməsinə amil səbəblər arasında əhalinin sıxlığı, köhnə nəqliyyat vasitələri və milyonlarla motosikl ilə buraxılan eqzos qazlarıdır.
Dünya hava çirkliliyi reytinqində Tehran ilk 12 şəhər arasında iştirak edir.