Aznews.tv Baku.ws-ə istinadən xəbər verir ki, Məzəm kəndi ilə erməni işğalçılarının yerləşdiyi mövqeylər arasında 100 metr məsafə var. Erməni vandallarının hərbi təcavüzü nəticəsində Məzəm kəndi 10-dan artıq şəhid verib.
Dünyasını dəyişənlər sırasında Azərbaycanın Milli Qəhramanı adına layiq görünənlərdə var. Bu günlərdə daha bir hərbçimiz məhz Qazax rayonunun düşmənlə təmas xəttə yerləşən mövqeylərində xidmət apararkən düşmən gülləsindən şəhid oldu.
Ümumiyyətlə bu istiqamətdə düşmən tez-tez təxribata əl atır. Yandırıcı güllələrdən istifadə edərək silahlı qüvvələrimizin mövqeylərini və kəndi atəşə tutur. Bütün çətinliklərə baxmayaraq bu gün kənddə həyat öz axarı ilə davam etməkdədir.
Kənd sakinləri deyir ki, rahat yaşamaqlarının əsas səbəbi silahlı qüvvələrimizdir. Düşmən atəşkəsi pozan kimi ordumuz qarşı tərəfin cavabını layiqincə verir və düşmən yerinə otuzdurulur. Rayonun Quşçu Ayrım kəndində də bənzər vəziyyət höküm sürür. Burada işğalçı erməni silahlıları tərəfindən atəşkəs mütamadi pozulmaqdadır.