ABŞ-ın dövlət katibi Mayk Pompeo İranı İraq və Livanı genişmiqyaslı etirazlara sürükləyən problemləri yaratmaqda günahlandırıb.
Aznews.tv xəbər verir ki, Pompeo öz Twitter hesabında İraq və Livan xalqlarının öz ölkələrini geri qaytarmaq istədiyini yazıb.
“Onlar görürlər ki, İran rejiminin inqilab adı altında ixrac etdiyi rüşvətdən başqa bir şey deyil. İraq və Livan xalqlarl Əli Xamneinin təzyiqindən qurtulmağı haqq edirlər”, – deyə pompeo qeyd edib.
Aznews.tv