
Bu barədə İsveçin Mmiqrasiya İdarəsi məlumat yayıb.
“Bu şəxs İsveç hökumətinə sadiq olmayıb və ona görə də onunla işləməyə davam etmək mümkün deyil”,- məlumatda bildirilib.
Kimliyi açıqlanmayan işdən qovula şəxsin İrana bağlı bu dairələrlə əlaqəsinin təfərrüatları hələlik açıqlanmayıb.
Onun, 2016-cı ildən İsveçin Miqrasiya İdarəsində işlədiyi bildirilib.
Qeyd olunub ki, İsveç Təhlükəsizlik Təşkilatı ilk dəfə ötən ilin noyabrında bu işçinin vəziyyəti ilə bağlı Miqrasiya İdarəsinə xəbərdarlıq edib.
İsveç Miqrasiya İdarəsinin təhlükəsizlik üzrə direktoru Hans Kemkesin sözlərinə görə, işdən çıxarılan işçi ilə bağlı İsveç Miqrasiya İdarəsindən əldə edilən məlumat kifayət qədər etibarlıdır.
Kamkus bildirib ki, işdən çıxarılan işçinin fəaliyyəti Mmiqrasiya İdarəsinin təhlükəsizliyinə xələl gətirməyib.