
Ağ Ev İranın danışıqlara qarşı çıxmasına Qətər üzərindən xəbərdarlıq göndərərək bildirib: “İranı hərbi yolla cəzalandırmaq olar”.
Tramp isə deyib ki, “İranın nüvə proqramı ilə bağlı sazişin bağlanması üçün vaxt daralır”.
“İranla bağlı iki yanaşma var: hərbi və sövdələşmə. Mən sövdələşməyə üstünlük verərdim… Biz hərbi qələbə qədər yaxşı bir müqavilə bağlaya bilərik. Ancaq bunun vaxtı artıq yaxınlaşır. Bu və ya digər şəkildə nəsə baş verməlidir”, – deyə o, Fox News-a müsahibəsində belə deyib.
Eyni zamanda, İranın BMT-dəki missiyası bildirib ki, Tehran öz nüvə proqramı üzrə danışıqlara baxmağa icazə verir, əgər müzakirələrin məqsədi yalnız proqramın mümkün hərbiləşdirilməsi məsələsi güman edilirsə. İran hakimiyyəti isə heç vaxt nüvə proqramının tam ləğvini müzakirə etməyəcək.