Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

Neft Emalı Zavodundakı yanğın söndürüldü – BAŞ NAZİR HADİSƏ YERİNDƏDİR

Bu gün səhər saatlarında Bakı Neft Emalı Zavodunun ərazisində yanğın baş verib.

FHN-nin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:00 radələrində Nizami rayonu, Neft emalı zavodu ərazisindən yanğın baş verməsi səbəbilə çağırış daxil olub. TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.

Eyni zamanda Neft Emalı Zavodunun ərazisində baş verən yanğınla bağlı atmosfer havasında monitorinq-ölçmə işlərinin aparılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Monitorinq Mərkəzinin mütəxəssisləri də əraziyə yollanıb.

Yanğını zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırıb və tam şəkildə söndürülüb. Qeyd edək ki, Baş Nazir Əli Əsədov hadisə yerinə gedib.

Related Articles

Bir cavab yazın

Back to top button