
Bu Ağ Evin bəyanatında deyilib.
Ağ Evin bəyanatında deyilir ki, İran ya beynəlxalq ictimaiyyətə təzyiq göstərir, ya da nüvə silahına yaxınlaşır.
“Vaşinqton İslam Respublikasının bu yanaşmasını çox təhlükəli qiymətləndirir və bildirir ki, İranın şantajına boyun əyməyəcək”,- bəyanatda qeyd olunub.
Qeyd edək ki, iki gün əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş direktoru Rafael Qrossi də İranın nüvə proqramının inkişafını ciddi narahatlıq doğurduğunu deyib və Tehran hökumətinin bu sahədəki qanun pozuntularına dair geniş hesabat hazırlayacağını bildirib.
O, İranın 60% zənginləşdirilmiş uran ehtiyatlarının 275 kiloqrama qədər artırdığını söyləyib.