Bundan öncə isə tarixi Babaxan evinin qonşuluğunda söküntü işlərinin aparılması evin bir hissəsinin uçmasına səbəb olub.
Mədəni fəalların sözlərinə görə, Qacarlar dövrünün memarlıq nümunələrindən olan və 2008-ci ildə İran milli əsərləri siyahısında qeydə alınan 160 illik tarixi evin bərpası ilə bağlı edilən müraciətlərə əhəmiyyət verilməyib.
Bundan əvvəl son dəfə iyul ayında Şərqi Azərbaycan əyalətinin Mədəni İrs Təşkilatı və başqa əlaqədar qurumlara abidənin qorunması və təmiri ilə bağlı müraciətlər olunsa da, bu günə kimi heç bir iş görülməyib.