21 Azər, Güney Azərbaycanın Türk millətinin mübarizə tarixində şanlı və tarixi dönüş nöqtəsidir ki, təsiri millətimizin ruhunda və varlığında qalıcı olmuş və olacaqdır. Çünki mərhum Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə qurulan Azərbaycan Milli Hökuməti, millətimizin azadlıq, ədalət və öz müqəddəratını təyin etmək uğrunda mübarizəsində mühüm bir halqa idi. Bu böyük xalq hərəkatı bu gün də millətimizin mübarizəsinə ilham verir. Millətimizin strateji şüarı olan “Azadlıq, Ədalət, Milli Hökumət” də məhz bu tarixi yaddaşdan qaynaqlanır.
Azərbaycan Milli Hökumətinin təcrübəsi, hərçənd ki, Azərbaycanın 20 mindən çox ən yaxşı övladının qətliamı ilə zərbə aldı, lakin onun atəşi heç vaxt sönmədi və bu dəftər heç vaxt bağlanmadı.
Bugün 21 Azər təcrübəsi xüsusilə böyük siyasi dəyişikliklərin baş verdiyi bir şəraitdə yenidən önəm qazanır. İran adlı ölkə ciddi hadisələr astanasındadır. İran rejiminin “Müqavimət Cəbhəsi” adlanan müharibə yanlısı siyasətlərinin dağılması və onun bölgədəki müdaxiləçi layihələrinin iflası, xüsusən də Əsəd rejiminin devrilməsi ilə bu prosesin güclənməsi nəticəsində İran rejimi daxili və xarici çoxsaylı böhranlarla üzləşmiş və tarixdə heç vaxt olmadığı qədər zəifləmişdir. İslam Respublikasının qarşıdakı aylar və illərdəki mənzərəsi onun üçün olduqca təhlükəli görünür. Şübhəsiz, bu vəziyyət, Türk milləti də daxil olmaqla, zülmə məruz qalan xalqlar üçün mübarizələrini gücləndirərək bu zalım sistemdən keçid yolunu asanlaşdırmaq üçün bir fürsət ola bilər.
Biz, Güney Azərbaycanın siyasi təşkilatları olaraq inanırıq ki, azadlıq və Türk millətinin milli hüquqlarına nail olmaq yalnız təşkilatlanmış siyasi və mədəni mübarizə yolu ilə mümkündür. Bu yolda Azərbaycan Milli Hökumətinin təcrübəsi millətimiz üçün parlaq bir çıraqdır. Bundan əlavə, ərəb, bəluç, kürd və türkmən xalqları da daxil olmaqla, İranda zülmə məruz qalan digər xalqlarla birlik, həmrəylik və əməkdaşlıq yalnız istibdad və ayrı-seçkiliyə son qoymaq üçün deyil, həm də iştirakçı, plüralist və davamlı bir demokratiyaya keçid üçün həyati əhəmiyyət daşıyır.
Sonda 21 Azər şəhidlərinin və Türk millətinin azadlıq və insan ləyaqətini müdafiə etmək uğrunda həyatını fəda edən bütün qəhrəmanların xatirəsini bir daha yad edir və onların mübarizəsini davam etdirməyə sadiq olduğumuzu vurğulayırıq.
21 Azər şəhidlərinin və azadlıq yolunda canlarını fəda etmiş qəhrəmanların xatirəsi sayğı ilə anırıq!
Yaşasın Türk millətinin və digər zülmə məruz qalan xalqların azadlıq mübarizəsi!
Bütün xalqlar üçün azad, demokratik və ədalətli bir gələcək ümidilə!
Azərbaycan Mərkəz Partiyası – AMP
Azərbaycan Milli Dirəniş Təşkilatı – Dirəniş
Azərbaycan Öyrənci Hərəkəti – AZOH
Güney Azərbaycan Demokrat Partisi – GADP