Bu barədə sürücülərin ailə üzvləri məlumat yayıb.
Məlumata görə, sürücülər Əfqanistana yanacaq aparıblar və Taliban hökuməti yanacağın keyfiyyətsiz olduğu bildrərək onu qəbul etməkdən, sürücülərlərin geri qayıtmasına icazə vermkdən imtina edir.
Sürücülərin ailələrinin etirazlarından sonra İran tərəfi məsələdən məlumatlı olduqlarını və problemin həllinə çalışdıqlarını bildiriblər.
Sürücülərin ailələri sosial mediadakı paylaşımlarında hakimiyyətin sürüülərin taleinə laqeyd yanaşdığını və onların hüquqlarının təmini üçün heç bir addım atmadığını deyiblər.
Qeyd edək ki, Taliban hökuməti bu günə kimi dəfələrlə İran yanacağını keyfiyyətsiz olduğuna görə geri göndərib.