Dünyaİran

Paşinyan, Pezeşkian, Zelenski – Ərdoğan ABŞ-də kimlərlə görüşəcək?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-yə səfəri çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski, Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkianla danışıqlar aparacaq.

”Aznewstv” xəbər verir ki, “Sabah” nəşrinin yazdığına görə, Ərdoğan bütün ölkə başçılarını Nyu-Yorkdakı “Türk Evi”ndə qəbul edəcək: “Ərdoğan bir çox dünya liderləri ilə ikitərəfli görüşlər keçirəcək və onların əksəriyyətini Nyu-Yorkda türk diplomatiyasının simvolu olan “Türk Evi”ndə (Bu bina BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı ilə üzbəüz yerləşir-red.) qəbul edəcək. Ərdoğanın qəbul edəcəyi şəxslər arasında İraqın Baş naziri Məhəmməd Şia Əl Sudani, Hollandiyanın Baş naziri Dik Şuf, BMT-nin Baş katibi Antonio Quterreş, Ermənistanın Baş naziri Nikol Paşinyan, Ukrayna Prezidenti Volodimir Zelenski, Küveytin vəliəhdi Şeyx Sabah Xalid Əl-Həməd, İran Prezidenti Məsud Pezeşkian, Almaniya kansleri Olaf Şolts, Albaniyanın Baş naziri Edi Rama və Serbiya Prezidenti Aleksandr Vuçiç olacaq”.

Related Articles

Bir cavab yazın

Back to top button