Dünyaİran

İsrail İranda əməliyyat keçirib – SEPAH zabitləri öldürülüb

Sentyabr ayında İsrail qüvvələri İran daxilində gizli əməliyyat keçirib, bir sıra sənədlər oğurlanıb, bəzi mərkəzlərdə təxribat törədilib və iki SEPAH zabiti öldürülüb.

Bu barədə İrann “Əsr” televizya kanalının Meydan verilişinin aparıcısı Vəhid Xəzzab məlumat yayıb.

O, bildrib ki, bu barədə ona yaxın olan yüksək rütbəli təhlükəsizlik rəsmisi məlumat verib.

“Hökmət rəsmiləri bu barədə heç bir açıqlama vermirlər, onlar bununla da kimsənin baş verənlərdən xəbərdar olmasını istəmirlər”,- deyə aparıcı İran rəsmilərini İsrailə cavab vermədiyi üçün tənqid edib.

Qeyd edək ki, avqustun 29-da İsfahanda SEPAH-a bağlı zavodda baş verən partlayış nəticəsində biri polkovni olmaqla iki SEPAH üzvü həlak olub.

İran rəsmiləri bunun qaz sızması nəticəsində baş verdiyini iddia etsələr də, həmin partlayışın İsrail qüvvələrinin əməliyyatının nəticəsi olduğu ehtimal olunur.

Related Articles

Bir cavab yazın

Back to top button