Bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.
“Səhmdarlar Müqaviləsinin imzalanması ilə Buxarestdə Birgə Müəssisənin təsis edilməsinə nail olduq. Layihənin TİƏ-nin həyata keçirilməsinə məsul qurum kimi BM-Yaşıl Enerji Dəhlizi Enerji Şirkətinə liderliyin rotasiyaya əsaslanmasını, növbəti görüşədək Fəaliyyət Planının hazırlanmasını və proseslərin sürətləndirilməsini razılaşdırdıq. Həmçinin Fiber Optik Kabel Xətti ilə bağlı tapşırıqların, Bolqarıstanın inteqrasiyası üzrə məsələlərin TİƏ-yə daxil edilməsi barədə razılığa gəldik. COP29 İqlim Liderlərinin Sammiti zamanı Layihəyə həsr olunmuş yüksək səviyyəli tədbirə dəstək ifadə olundu”, – paylaşımda qeyd olunur.