İran

Məni işləməyə qoymurlar – Pezeşkian

Motivasiya yoxdur, bizə işləməyə icazə vermir, oyuna buraxmırlar.

Bu sözləri İranın yeni Prezidenti Məsud Pezeşkian deyib.

O, bir sıra qrup və şəxslərin böhtan və qarayaxmalar yolu ilə işlərə mane olduqlarını söyləyib.

“Ləyaqətli və bacarıqlı şəxslərin, kadrların işə cəlb olunmasına icazə vermirlər, ona görə ki, bu kadrlar işə cəlb olunduqları təqdirdə o qruplar kölgədə qalacaq, güc mərkəzlərini əllərində saxlaya bilməyəcəklər”,- deyə Pezeşkian bildirib.

Prezidentin sözlərinə görə, işə mane olan şəxslər vəzifələri tutmaq üçün bütün mümkün yollara əl atır, problemlərin həll olunmasına əngəl törədirlər.

Qeyd edək ki, bundan əvvəl Pezeşkianın nazirlərin təyinatı və hökumətin formalaşdırılmasında çətinliklərlə üzləşdiyi barədə məlumatlar yayılıb.

Kordinasiya Şurasının üzvü İbrahim Fəyyaz Zahid deyib ki, Məsud Pezeşkian nazirlərin təyin edilməsi ilə bağlı Əli Xamənei, təhlükəsizlik qurumları və yüksək rütbəli dövlət adamları ilə məsləhətləşir.

Related Articles

Bir cavab yazın

Back to top button