Dünyaİran

“İRAN MÜHARİBƏYƏ HAZIRLAŞIR” – “Kömək üçün Rusiyaya müraciət edib”

İran, İsrailə qarşı mümkün genişmiqyaslı müharibə kontekstində kömək üçün Rusiyaya müraciət edib.

“Aznewstv” xəbər verir ki, bu barədə ABŞ-nin “The New York Times” nəşri İran rəsmilərinə istinadla məlumat yayıb.

Məlumatda bildirilir ki, İran Rusiyadan müasir hava hücumundan müdafiə sistemləri və radarlar istəyib.

Nəşr qeyd edir ki, İranın İsrailə yeni hücumu əvvəlkindən qat-qat güclü ola bilər. İsrail Müdafiə Qüvvələrinin Baş Qərargahının istefada olan polkovnik-leytenantı Mark Babot da xəbərdarlıq edib ki, Tehran bu dəfəki hücumunda mindən çox hava hücumu vasitəsindən istifadə edə bilər.

Qeyd edək ki, bu yaxınlarda HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsinin ardından İran – İsrail münasibələrində gərginlik yaranıb

Related Articles

Bir cavab yazın

Back to top button