
Bu barədə o özünün sosial media hesabında paylaşım edib.
Bildirilib ki, Tehran İkinci Cinayət Məhkəməsinin 1027 saylı şöbəsi “yalan məlumatlar yaymaq” ittihamına görə, Dadaşlını 6 milyon 600 min tümən (dövlət məzənnəsi ilə 160 dollar) cərimə ödəməyə məhkum edib.
Onunla yanaşı daha 4 jurnalist də oxşar məlumatları yaydıqlarına görə müxtəlif cəzalara məhkum ediliblər.
Xatırladaq ki, Nika Şakərəmi 20 sentyabr 2022-ci il gecə saatlarında Tehranın Keşavərz bulvarında yoxa çıxıb. Sentyabrın 30-da isə Şakərəminin valideynləri Tehranın Kəhrizək həbsxanasında onun meyitini aşkar ediblər.
Hökumətin rəsmi məlumatında Nika Şakərəminin binadan yıxılaraq öldüyü iddia edilib.