
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfirlik Tehran şəhəri, Dərrus məntəqəsi, Şəhrizad prospekti, Yarməhəmmədi küçəsi, Saqi dalanı və Firuzkuh küçəsinin kəsişməsi, ev 8 ünvanında yerləşir.
Ötən il yanvarın 27-də Azərbaycanın Tehrandakı Səfirliyinə silahlı hücüm olunub. Terror aktı zamanı mühafizə xidmətinin rəisi qətlə yetirilmiş, səfirliyin iki nəfər mühafizə əməkdaşı isə hücumun qarşısını alarkən yaralanmışdılar. Sözügedən hadisədən sonra Azərbaycan Respublikası Tehrandakı diplomatik missiyasının fəaliyyətini dondurmuşdu.