İran

Pezeşkian: Ukraynada sülhün əldə edilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləyirik

İranın Prezidenti Məsud Pezeşkianın yeni hökuməti Ukraynada sülhün əldə edilməsinə yönəlmiş təşəbbüsləri fəal şəkildə dəstəkləyəcək.

Bu barədə Pezeşkianın “Tehran Times” qəzetində dərc olunan dünya ictimaiyyətinə müraciətində deyilir.

“Rusiya İranın dəyərli strateji müttəfiqi, qonşusudur və mənim administrasiyam əməkdaşlığımızı genişləndirməkdə və gücləndirməkdə davam edəcək. Biz Rusiya və Ukrayna xalqları üçün sülhə sadiqik və mənim hökumətim bu məqsədə çatmağa yönəlmiş təşəbbüsləri fəal şəkildə dəstəkləməyə hazır olacaq”, – deyə məlumatda deyilir.

Bundan öncə Rusiya İranın Ukrayna müharibəsi ilə bağlı mümkün vasitəçilik səylərini nəzərdən keçirməyə hazır olduğunu bildirmişdi.

Bununla yanaşı Pezeşkian Çinlə də münasibətlərə əvvəlkindən daha çox əhəmiyyət veriləcəyini deyib.

“Çin və Rusiya çətin günlərimizdə bizim yanımızda olublar və buna görə də, Çinlə əməkdaşlığımızı genişləndirməyi planlaşdırıb, Rusiya ilə isə əməkdaşlığımıza davam etmək niyyətindəyik”,- o vurğulayıb.

O, bunun yeni dünya düzəninin diktə etdiyi şərtlərlə bağl olduğunu və İranın bu sahədə verdiyi vədlərə sadiq qaldığını bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button