Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Güneyli fəal acınacaqlı durumda: o, həbsxanadakı yoldaşlarının köməyi ilə hərəkət edir

Tehrandakı bədnam Evin zindanında saxlanılan güneyli Fəhlə Hərəkatı fəalı Rza Şahabinin sağ ayağında şiddətli ağrılar və uyuşma var, bu səbəbdən o, həbsxana yoldaşlarının yardımı ilə hərəkət edir.

Məlumata görə, güneyli fəal onurğa sütunundakı ağrılardan və bir neçə xəstəlikdən əziyyət çəkir.

Qeyd edək ki, həbsxanada saxlanılan Rza Şahabiyə lazımi tibbi müalicə də göstərilmir.

Xatırladaq ki, bir müddət öncə Beynəlxalq Əfv Təşkilatı güneyli fəalla bağlı bəyanat yayaraq, onun qeyd-şərtsiz azadlığa buraxılmasını tələb etmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button