Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Təbriz metrosunun vaqonları İsfahana aparılıb

Təbriz metrosu üçün nəzərdə tutulan metro vaqonları İsfahan şəhərinə aparılıb.

Bu barədə Təbrizin “Saqi Azərbaycan” nəşri Təbriz Şəhər Şurasındakı mənbələrinə istinadən məlumat yayıb.

“Azərbaycanlıların vergi ödənişləri və Şərqi Azərbaycan əyalətinin büdcəsi hesabına alınan vaqonlar İsfahana köçürülüb. Növbə Təbrizin ictimai nəqliyyatındadır, istifadəyə yararlı avtobusların da İsfahan şəhərinə veriləcəyi barədə xəbər təəccübləndirməyəcək”.

Qeyd edək ki, bundan əvvəl 2022-ci ildə də Təbriz metrosu üçün nəzərdə tutulan vaqonlar Şiraz şəhərinə verilmişdi.
Təbriz metrosunun tikintisinə 20 il bundan öncə İsfahan, Şiraz və Məşhəd şəhərlərinin metrolarından daha tez başlanılıb. Ancaq adıçəkilən şəhərlərin metrolarının əsas xətlərinin hamısının hazır olmasına baxmayaraq, Təbriz metrosunun tikintisi müxtəlif bəhanələrlə gecikdirilib.

Related Articles

Bir cavab yazın

Back to top button