Azərbaycanİran

Həbsdə olan azərbaycanlı din xadimi hökumət mediasına açıq məktub ünvanlayıb

İran hökumətinin 4 aya yaxındır ki, Evin zindanında saxladığı güneyli milli fəal və məşhur din xadimi Əbdüləziz Əzimi Qədim açıq məktub yayaraq farsdilli hökumət mediasına etiraz edib.

Məktubda o, güneyli fəallarla bağlı paylaşılan xəbərlərə farsdilli medianın qarşı çıxdığını bildirib.

Qeyd edək ki, milli fəallardan Əbdüləziz Əzimi Qədim, Bağır Hacızadə, Araz Aman, Hüseyn Piri, Tahir Nəqəvi, Kərəm Mərdanə və Murtaza Pərvinin həbsindən 4 aya yaxın vaxt keçir.

Onlar fevralın 5-i və 6-da hökumət tərəfindən həbs olunduqdan sonra məhkəmə rəsmilərinin maneələri üzündən vəkillə görüşməkdən və girov qarşılığında azadlığa buraxılmaqdan məhrum ediliblər.

Related Articles

Bir cavab yazın

Back to top button