İran

İbrahim Rəisinin vida və dəfn mərasiminə cəlb edilən xaricilərin sayı açıqlandı

Mayın 19-da helikopter qəzasında həlak olan İbrahim Rəisi və başqalarının vida və dəfn mərasimlərinə 100 mindən çox əfqanistanlı cəlb olunub.

Bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.

Bu, Qum əyalətinin Xarici Vətəndaşlar və Mühacirlər İdarəsi tərəfindən də təsdiqlənib.

Bildirilib ki, əfqanistan şiələrindən təşkil tapan “Fatimiyyun” təşkilatı İbrahim Rəisi və Hüseyn Əmir Abdullahian üçün ayrıca mərasimlərin keçirilməsini planlaşdırır.

Qeyd edək ki, Pakistan şiələrindən ibarət “Zeynəbiyyun” və Əfqanistan şiələrindən formalaşan “Fatimiyyun” təşkilatları Təbrizdə keçirilən vida mərasiminə də gətiriliblər.

Təbrizli sosial media fəalları vida mərasimində minlərlə xarici və qeyri-azərbaycanlı, qeyri-iranlı şəxsin iştirak etdiyini bildirmişdilər.

Related Articles

Bir cavab yazın

Back to top button