Dünyaİran

Amerikanın düşmənlərinin adları açıqlandı: İran siyahıda üçüncü yerdədir

Çin artıq dördüncü ildir ki, ABŞ-nin ən böyük düşmənidir və Amerika vətəndaşları Çini ölkələrinin ən böyük düşməni hesab edirlər.

Bu, ABŞ-nin “Gallup” araşdırma təşkilatının sorğusunun nəticələrində bildirilib.
Araşdırmanın nəticələrinə görə, amerikalıların 41%-i Çini ən böyük düşmən hesab edir və Çindən sonra Rusiya 26%-lə Amerikanın düşmənləri arasında ikinci yeri tutur.

Sorğu nəticələrinə əsasən, ABŞ-nin düşmənləri sırasında İran üçüncü yerdə qərarlaşıb.

Bildirilib ki, İranın ABŞ-yə qarşı düşmənçilik və təhlükə səviyyəsi 2023-cü illə müqayisədə artaraq 2%-dən 9%-ə çatıb və əvvəlki ildə 3-cü yerdə olan Şimali Koreyanın yerini tutub.

Related Articles

Bir cavab yazın

Back to top button