
“ANT” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə qruplaşmanın yaydığı açıqlamada bildirilib.
Məlumata görə, hücum “Arkub” tipli qanadlı raket vasitəsi ilə edilib. Bildirilib ki, ilk dəfə olaraq İsrailin Təl-Əviv şəhəri hədəfə alınıb.
İranın İraqdakı “İslam müqavimət hərəkatı”ndan bildirilib ki, oktyabrın 7-dən onlarla raket və PUA vasitəsi ilə ABŞ-nin İraq və Suriyadakı qüvvələrinə, İsrailin obyektlərinə zərbələr endiriblər.