
Bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
Bildirilib ki, Türkiyə XİN başçısı bu ölkədə Qətər əmiri və HƏMAS-ın rəhbərliyi ilə danışıqlar aparacaq.
Bundan başqa, Ankara Qəzza üzrə İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının Təmas Qrupunun fəaliyyətini canlandırmaq niyyətindədir.
Qeyd edilib ki, Qərb ölkələri İsraili dəstəkləsələr də, onun İrana qarşı cavab zərbəsi endirəcəyindən qorxurlar və bununla bağlı narahatlıqlarını Türkiyəyə bildirirlər.