Dünya

İsrail ordusunun itkiləri 604 nəfərə çatıb

Qəzza sektorunda vəziyyətin gərginləşdiyi oktyabrın 7-dən bəri HƏMAS hərəkatı ilə döyüşlərdə İsrail ordusunun ümumi itkiləri 604 nəfərə çatıb.

bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəsmi məlumatında deyilir.

Son məlumatlara görə, ötən şənbə Qəzza zolağında daha 4 İsrail əsgəri həlak olub. Bütün itkilər anklavın cənubunda qeydə alınıb.

Belə ki, Qəzzada quru əməliyyatı başlayandan bəri İsrail ordusu 260 hərbçisini itirib.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Noyabrın 24-də Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında dördgünlük humanitar atəşkəs əldə olunub. Razılaşmaya əsasən, İsrail həbsxanalarındakı fələstinli yeniyetmə və qadınların azad edilməsi müqabilində Qəzza sektorunda saxlanılan bir qrup girov azadlığa buraxılıb. Sonradan atəşkəs rejimi eyni şərtlərlə daha iki gün uzadılıb. Dekabrın 1-də İsrail ordusu HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edərək Qəzzada yenidən hərbi əməliyyatlara başlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button