Dünya

Kosovoda – Şimali Mitrovitsada türk dili “Rəsmi istifadədə olan dil” oldu

Kosovonun şimalında daha çox serblərin yaşadığı Şimali Mitrovitsa bələdiyyəsinin məclis iclasında Kosovo Demokratik Türk Partiyasının (KDTP) millət vəkili Enis Kervan tərəfindən hazırlanan qətnamə layihəsi səs çoxluğu ilə qəbul edilib

Kosovonun şimalındakı Şimali Mitrovitsa bələdiyyəsində Türkiyə türkcəsinə ölkədəki insanların ənənəvi olaraq danışdıqları dillərə verilən “Rəsmi istifadədə olan dil” statusu verildi.

Kosovonun şimalında daha çox serblərin yaşadığı Şimali Mitrovitsa bələdiyyəsinin məclis iclasında Kosovo Demokratik Türk Partiyasının (KDTP) millət vəkili Enis Kervan tərəfindən hazırlanan və Türkiyə türkcəsinin “Rəsmi istifadədə olan dil” qəbul edilməsinə dair qətnamə layihəsi səs çoxluğu ilə qəbul edilib.

KDTP-nin müavini E.Kervan bildirib: “Qətnamə layihəsinin qəbulu ilə Kosovonun çoxmillətli və multikultural dövlət olduğu bir daha sübuta yetirildi. Türkcə əsrlərdir Kosovoda ənənəvi olaraq danışılır. Bu gün türk dilimiz səs çoxluğu ilə Kosovada rəsmi dilə çevrildi”.

Hazırda Türkiyə türkcəsi Kosovonun Prizren və Mamuşa bələdiyyələrində “Rəsmi dil”, Priştina, Gjilan, Vycitirin və Cənubi Mitrovitsa bələdiyyələrində isə “Rəsmi istifadədə olan dil” statusuna malikdir.

Qeyd edək ki, Kosovo qanunlarına görə, ənənəvi olaraq bələdiyyə sərhədləri daxilində danışılan dil “Rəsmi istifadədə olan dil” statusuna malik ola bilir. Sözügedən status bələdiyyənin məsul sahələrində rəsmi dildən istifadəni tələb etmir.

2011-ci ildə Kosovoda keçirilən son siyahıyaalmanın nəticələrinə görə, ölkədə cəmi 18.738 türk soylu yaşayır, təxminən 50 min adam isə ana dili ilə yanaşı Türkiyə türkcəsində də danışa bilir.

Related Articles

Bir cavab yazın

Back to top button