“70 maddədən ibarət “İffət və Hicab” adlı qanun layihəsi bəzi hallarda təsdiq edilmiş qaydaların sərhədlərinin aydın olmaması kimi səbəblərə görə rədd edilb və yenidən baxılmaq üçün İslam Şurasına qaytarılıb”.
İran Məclisinin yeni qanun layihəsinə əsasən, hicab taxmayan qızlar 8 milyon rial (150 dollar) cərimə ediləcəklər. Təkrar pozuntulara görə qadınları 6 aydan 3 ilə qədər həbs gözləyir.
Bundan əlavə, qanun İslami geyim tərzinin pozulmasını təbliğ edən şəxslərə 5 ildən 10 ilə qədər həbs cəzası nəzərdə tutur. Kim hicabı təhqir edərsə və ya ona lağ edərsə, o, 360 milyon riala (7 min dollar) qədər cərimələnəcək və 2 il müddətinə ölkədən çıxışına qadağa qoyulacaq.