Azərbaycanİran

Məhbus müəllimin həbsdən buraxılmasına icazə verilmir

Kərəcin Qızılhisar həbsxanasında saxlanılan azərbaycanlı müəllim, ana dili hərəkatı fəalı və siyasi məhbus Cəfər İbrahiminin həbs müddətinin başa çatmasıa baxmayaraq, onun sərbəst buraxılmasına icazə verilmir.

Bu barədə İran Müəllimlər Birliyinin Koordinasiya Şurasi məlumat yayıb.

Qanuni prosedurların və müəllimin müvəqqəti saxlanılma günlərinin hesablanmasına görə Cəfər İbrahimi martın 19-da azad edilməli olsa da, bu baş tutmayıb.

Məlumatda bildirilib ki, prokurorluq İbrahiminin tibbi məzuniyyəti müddətini həbs müddətinin sonuna əlavə edərək onun həbsxanada qalmasına səbəb olub.

Qeyd edək ki, Həmədan şəhərindən olan Cəfər İbrahimi 2022-ci il aprelin 30-da saxlanılıb.

O, “əlbir olmaq və toplaşmaq” və “hökumət əleyhinə təbliğat”da günahlandırılıb.

Related Articles

Bir cavab yazın

Back to top button