Məlumata əsasən, həbsxananın müdiriyyəti və məhkəmə vəzifəliləri Əsədinin azad olunması üçün mülk sənədi qoyuluşunun mümkün olduğunu deyiblər.
Lakin tələb olunan sənədin dəyəri yüksək təyin edildiyindən indiyədək onu təmin etmək mümkün olmayıb. Aktivistin ailəsi bu səbəbdən qohumlara, onun dostlarına və digər azərbaycanlı aktivistlərə müraciət edərək, onlardan maddi köməkmistəyiblər.
Xatırladaq ki, Güney Azərbaycan haqları üzrə mədəni aktivist mühəndis Vədud Əsədi Gilan Əyaləti Rəşt şəhəri sakinidir.