İran

İranda qadın hüquqları müdafiəçilərinin məhkəməsi keçirilib

Proses Rəşt İnqilab Məhkəməsində 29 fevral 2024-cü il tarixində baş tutub. 12 qadın hüquqları müdafiəçisinin məhkəmə prosesinə start verilib.

Həmin şəxslərin adlarının Foruh Saminia, Sara Cahani, Zəhra Dadras, Yasəmin Haşqari, Şivə Şahsia, Negin Rəzai, Vahidə Xoşsirat, Azadə Çavoşian, Zöhra Dadras, Mətin Yazdani, Human Taheri və Calvə Cavaheri olduğu məlum olub.

İlk 9 qadın “Qruplaşmalara üzv olmaq”, “Qanunsuz aksiyalarda iştirak etmək” və “Milli təhlükəsizliyə zidd hərəkət etmək üçün əlbir olmaq” maddələri ilə, Taheri və Cavaheri isə “Milli təhlükəsizliyi pozmaq məqsədilə qrup yaratmaq” maddəsi ilə ittiham edilirlər.

Bu şəxslər 2023-cü il avqustun 16 və 17-də Gilan vilayətində vətəndaşların kütləvi həbsi zamanı saxlanılanlar arasında olublar

Related Articles

Bir cavab yazın

Back to top button