Dünyaİran

Co Bayden: ABŞ İordaniyadakı qüvvələrinə hücumlara cavab verəcək

ABŞ hakimiyyəti İordaniyada Amerika qüvvələrinə hücuma cavab olaraq əlavə tədbirlər görmək niyyətindədir.

Bunu ABŞ Prezidenti Cozef Bayden bazar ertəsi Ağ Evdə İordaniya Kralı II Abdullah ilə birgə çıxışı zamanı deyib.

ABŞ Prezidenti qeyd edib ki, yanvarın sonunda İordaniyadakı Amerika hərbçiləri “İranın dəstəklədiyi radikal silahlı qrup”un hücumuna məruz qalıb. “ABŞ qüvvələri o vaxtdan İraq və Suriyadakı hədəfləri vurub. Cavabımız davam edəcək”, – Bayden əlavə edib.

Qeyd edək ki, 28 yanvarda İrana bağlı qruplaşmaların ABŞ ordusnun İordaniyadakı bazasına PUA hücumu nəticəsində 3 ABŞ hərbçisi öldürülüb, 40-a yaxın hərbçi yaralanıb.

ABŞ buna cavab olaraq fevralın 2-dən 3-ə keçən gecə İraq və Suriyada İran İslam İnqilabı Keşikçiləri Korpusuna (Sepah) və ona bağlı qüvvələrə aid 85-dən çox hədəfi bombalayıb.

Related Articles

Bir cavab yazın

Back to top button