AzərbaycanDünyaİran

Beynəlxalq Ana Dili Gününə doğru

Qarşıdan Beynəlxalq Ana Dili Günü gəlir və bütün əvvəlki illərdə olduğu kimi, onlarla Güney Azərbaycanlı Milli fəal azadlıq axtarışında və Azərbaycan xalqının hüquqlarını müdafiə etdiğinə görə həbs olunub, işgəncələrə məruz qalır.

Güney Azərbaycan xalqının xoşbəxtliyə, azadlığa, rifaha, sosial ədalətə və öz ana dilində təhsil hüququ kimi ən bariz insan haqlarına nail olmasının yolu Milli Hökumətin qurulmasından keçir.

Bu il və 21 fevral Beynəlxalq Ana Dili Gününə qədər çalışaq ki, bizim üçün, gələcəyimiz üçün həbsdə olan Güney Azərbaycanın siyasi fəallarının səsi olaq.

Bu afişanı dərc etməklə və hər hansı başqa yolla 21 fevral dünyalıq Ana dili gününü qarşılayın və Güney Azərbaycanın səadəti və siyasi məhbuslarına, ana dilində təhsil hüququna, azad yaşamaq hüququna və s. dəstək kampaniyasına qoşulun.

Mən Yanmasam, Sən Yanmasan, Biz Yanmasaq, Nasıl Çıxar Qaranlıqlar Aydınlığa?!

Və heç vaxt unutmayaq:

Dünyada Qaranlıqlar əgər, birləşə bahəm,
Bir xırdaca Şəmiin ışığın söndürə bilməz

#Anadilində_Mədrəsə
#Milli_Hökumət

Related Articles

Bir cavab yazın

Back to top button