Azərbaycanİran

Tehran rejimi Urmiya gölünə su buraxılmasına hələ də icazə vermir

Tehran rejimi bol yağıntılı mövsüm olmasına baxmayaraq, gölə suyun buraxılmasına icazə vermir.

Gölün kritik durumu bir neçə ildir ki, Azərbaycan xalqının əsas problemlərindən birinə çevrilib. Həmçinin gölə və çevrəsindəki gölməçələrə su haqlarının təmin olunmaması Azərbaycanın ekoaktivistlərinin ciddi narazılıqlarından biri kimi qalmaqdadır.

Məntiqlə yanvar da daxil, fevral və mart aylarında, kənd təssərrüfatının yağıntılarla qidalandığı dövrdə gölün çevrəsindəki bəndlərdən suyun buraxılması Urmiya gölünün xeyli dirçəlməsi ilə nəticələnə bilər.

İndi Tehran rejimi sözdə deyil, gerçəkdən də gölün dirçəldilməsini düşünürsə, tədbir görməyin vaxtıdır.
Bu istiqamətdə, o cümlədən Çığatı, Tatau, Mahabadçay, Şəhərçayı, Qadarçayı və gölə sarı axan digər çayların yolunda vurulmuş bəndlərdən su buraxmaq olar.

Qərbi Azərbaycan Əyalətinin valisi bildirib ki, Bəykəndi (indiki Bukan), Silvə, Çəpərabad və sair bəndlərdən su təmini mümkündür.

Related Articles

Bir cavab yazın

Back to top button