Qeyd olunur ki, ordu İranın cənub-şərqində Sistan və Bəlucistan əyalətinin Saravan şəhərinə enən raket və pilotsuz təyyarələrdən istifadə edib. Xəsarət alanların olduğu bildirilir.
Bir gün əvvəl, yanvarın 16-da İran və Pakistanın xarici işlər nazirləri arasında SEPAH-nin Bəluc hərbiləşdirilmiş “Ceyş əl-Ədl” qruplaşmasının hədəflərinə raket zərbələri endirməsi ilə bağlı telefon danışığı olub. Abdullahian həmkarını əmin edib ki, ölkəsi Pakistanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edir. Bundan sonra SEPAH-nin Telegram kanalı Pakistan mediasına istinadən xəbər verib ki, İranın Pakistanla sərhədləri “qeyri-müəyyən müddətə bağlanıb”.