AzərbaycanDünya

Türkmənistandakı Azərbaycan vətəndaşlarına müraciət edilib

Azərbaycanın Türkmənistandakı səfirliyi bu ölkə ərazisində daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşını tamamlamış Azərbaycan vətəndaşlarına müraciət edib.

Bu barədə Aznewst-ə səfirliyin “X” hesabında paylaşım edilib.

Bildirilib ki, 7 fevral 2024-cü il tarixinə təyin olunmuş növbədənkənar prezident seçkisində iştirak edəcək, Türkmənistanda daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli ezamiyyətə gəlmiş 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının seçici siyahısına əlavə olunmaları məqsədilə 29 dekabr 2023-cü il tarixinədək aşağıda qeyd olunmuş əlaqə vasitələri ilə Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyinə müraciət etmələri xahiş olunur.

Related Articles

Bir cavab yazın

Back to top button