Məlumata görə, Nərgiz Məhəmmədi İnqilab Məhkəməsini “ölkənin gənclərinin qəssabxanası” adlandırıb.
Bildirilib ki, o, təhlükəsizlik qurumlarına, o cümlədən məhkəmələrə bağlı hakimlərin orada iştirak etmək səlahiyyətlərinə və etibarına inanmır.
Qeyd olunub ki, məhkəmənin müstəqil olmaması, qanunsuz keçirilməsi və müttəhimlərin müdafiə hüquqlarının pozulması güneyli məhbusun məhkəmə prosesinə qatılmaqdan imtina etməsinin digər səbəblərindəndir.